Noyabrın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu il dövlət uşaq müəssisələrindəki uşaqların 63-ü ailələrinə qeri qaytarılıb, 99-u isə 47-si oğlan, 52-si qız olmaqla övladlığa verilib.
Övladlığagötürmə sahəsində idarəetmə 1 noyabr 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd olunan vaxtdan bəri 131 uşaq övladlığa verilib. Onlardan 64-ü oğlan, 67-si qız uşağıdır.
Uşaqlar övladlığa verildikdən sonra onların ailələrdə inkişafı üçün şəraitin yaradılmasına ciddi nəzarət, ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri olaraq monitorinqlər həyata keçirilir.