Bu il məktəblərdə payız tətilinin tarixləri dəyişdirilib. Bu haqda Təhsil Nazirliyindən noyabrın 11-də məlumat verilib.
Belə ki, 5 günlük məktəblərin ibtidai siniflərində 19 noyabr, 6 günlük olanlarda isə 19-20 noyabr tarixləri payız tətilidir. 5 günlük məktəblərin digər siniflərində payız tətili nəzərdə tutulmayıb. 6 günlük məktəblərdə isə tətil 20 noyabr olacaq.
Qeyd edək ki, əvvəllər məktəblərdə 16-20 noyabr tarixləri payız tətili hesab edilirdi.