Bu ilin 11 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 8095 cinayət faktı aşkarlanıb. Bu, dekabrın 15-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.
Onlardan 3066-sı narkotik vasitələrin qanunsuz satışı, 4553-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 375-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 101-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Ümumilikdə 6 ton 582 kq 702 qr narkotik müsadirə olunub.