2022-ci ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği 9,4% artaraq 1 aprel tarixinə 363 manata çatıb. Bu barədə 16 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumata əsasən, yaşa görə pensiyaların orta aylıq məbləği 9,1% artaraq 394 manata çatıb.
Qeyd olunub ki, son 3 ildə minimum pensiya 2,2 dəfə artıb.