2023-ci ilin ilk yarısında 17 erkən nikahın qarşısı alınıb. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. Bu barədə Report 19 iyul tarixində xəbər verir.
"11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 6 ay müddətində 4 “açıq qapı günü” keçirilib. Müraciət edən 517 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib”, - deyə qurumun rəsmisi əlavə edib.