M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen-müayinə fəaliyyəti dayandırılıb. Bu barədə 15 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Tibb müəssisəsində keçirilmiş planlı yoxlama zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair çoxsaylı faktlar aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar tibb müəssisəsinin vəzifəli şəxsi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, protokol tərtib edilməklə inzibati tənbeh növü tətbiq edilib. Həmçinin nöqsanların aradan qaldırılması üçün müəssisəyə vaxt verilib.
Müəyyən olunmuş müddət ərzində aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı müəyyən olunub.
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən görülmüş tədbirlər nəticəsində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.