Bugün, dekabrın 20-də Baş Prokurorluq Xızıda helikopterin qəzaya uğraması faktı ilə bağlı brifinq keçirəcək. Cinayət işi üzrə əldə edilən ilkin nəticələr açıqlanacaq. Bu barədə prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş prokurorun birinci müavini, qurumun İstintaq idarəsinin rəisi və digərləri hadisə ilə bağlı sualları cavablandıracaqlar.
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.