Kolleclərə qəbul olan şəxslərin qeydiyyatı sentyabrın 10-dan 23-dək onlayn qaydada həyata keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qəbul olunmuş şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
Boş qalan plan yerlərinə ixtisas seçimi qeydiyyat prosesi başa çatandan sonra aparılacaq.