Oktyabrın 11-dən etibarən ölkədə məhkəmə binalarına yalnız COVID-19 pasportu olanlar girə biləcəklər. Bu haqda Ali Məhkəmə qərar verib.
Belə ki, məhkəməyə daxil olan və qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə iştirak edənlərdə COVID-19 pasportu və ya Əks Göstəriş sertifikatı olmalıdır.
Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslərdə bu sənədlər yoxdursa, məhkəmə iclasları videokonfrans vasitəsilə keçiriləcək. Bu mümkün olmasa, məhkəmə iclası onların tibbi-profilaktik qaydalara riayət etmək şərti ilə ənənəvi qaydada baş tutacaq.
Təqsirləndirilən şəxslər, azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlarda sözügedən sənədlərin olmadığı hallarda icraatın onlayn keçirilməsinə üstünlük veriləcək. Bu, Cinayət-Prosessual Məcəlləsinin 51-2.1-ci maddəsində göstərilən digər proses iştirakçılarına da aiddir.