Bugün saat 12:00-dan universitetlərin və kolleclərin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başlayıb. Bu barədə 14 sentyabr tarixində Dövlət İmtahan Mərkəzi məlumat verib.
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı 20 sentyabr saat 23:59-dək, 11 illik orta təhsil bazasında kolleclərə qəbul olunanların qeydiyyatı isə 24 sentyabr saat 23:59-dək davam edəcək.
Abituriyentlər portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
11 illik orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi qeydiyyat bitdikdən sonra həyata keçiriləcək.