Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının nəticələrinin gec elan edilməsi ilə bağlı açıqlama verib. Bu haqda aprelin 11-də Trend məlumat paylaşıb.
Mərkəzdən bildirilib ki, nəticələrin gec açıqlanması yazılı tapşırıqların yoxlanılması üçün uzun müddətin tələb olunmasıdır.
Qeyd edək ki, buraxılış imtahanları 12-13 mart 2022-ci il tarixlərində keçirilmişdir. Nəticələrin 10 aprelə qədər elan olunması planlaşdırılsa da, cavablar hələ ki, açıqlanmayıb.