Sentyabrın 10-da cüdoçumuz Aydan Vəliyeva Lüksemburqda keçirilən yeniyetmələr arasında Avropa çempionatında gümüş medala sahib olub.
48 kiloqram çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva finalda rusiyalı İrena Xubulovaya uduzaraq yarışda ikinci yeri tutub.