Cəlilabadda "ВАЗ" markalı minik avtomobili körpüdən aşaraq su kanalına düşüb. Nəticədə sürücü dünyasını dəyişib. Bu haqda 31 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, hadisə yerinə nazirliyin əməkdaşları cəlb olunub. 1987-ci il təvəllüdlü Fətəliyev Emin Asəf oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verilib.