Cəlilabadda məktəbdə ağır xəsarətlər alaraq komaya düşən şagird xəstəxanadan evə buraxılıb. Bu barədə aprelin 5-də Report məlumat yayıb.
Hündürlükdən yıxılan uşağa ağır kəllə-beyin travması və sol ağciyərin kontuziyası diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, 6-cı sinifdə oxuyan Əli martın 10-da Cəlilabad şəhər 2 nömrəli məktəbin idman zalında hündürlükdən yıxılıb. Ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.