Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi icraata verilib. Bu haqda dekabrın 24-də APA məlumat yayıb.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.
Sözügedən şəxs “mənimsəmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “rüşvət alma”, “vəzifə saxtakarlığı” maddələri ilə ittiham olunur.
O, 2018-ci ilin fevralın 6-da bu vəzifəyə təyin olunub. 2020-ci ilin dekabrında isə vəzifəsindən azad edilib. N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.