Cəlilabadda qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır. Bu barədə Report-a rayon prokurorluğundan məlumat verilib.
2021-ci ilin noyabrın 18-də Cəlilabad sakini Samir Nuriyevin kəsilmiş-deşilmiş xəsarətlər alması faktı ilə bağlı cinayət işi üzrə istintaq tamamlanıb.
Onu qonşusu, sərxoş olan Yaşar Əmənov heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla qəsdən öldürməyə cəhd edib.
Yaşar Əmənov Cinayət Məcəlləsinin “xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddələrilə həbs olunub.