Cəlilabadda şəhər sakini polis əməkdaşına xəsarət yetirib. Bu barədə dekabrın 20-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, “102 Zəng Mərkəzi”nə müraciət edən şəxs F.Quliyevin evdə münaqişə yaratdığını və onları öldürməklə hədələdiyini bildirib. Nazirliyin əməkdaşları həmin ünvana gəlib.
Şəhər sakini qurumun nümayəndələrini təhqir edib və qaz sobasının üzərindən götürdüyü dəmir tava ilə polis əməkdaşlarından birinə xəsarət yetirib. Həmin şəxs saxlanılıb.
Zərərçəkmişə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.