Cəlilabad rayonunda bir neçə kənd tibb məntəqələrinə feldşer, tibb bacısı və tibb qardaşı axtarılır. Bu barədə 28 dekabr tarixində Report məlumat verib.
Qarakazımlı, Şatırlı və Məlikqasımlı kənd həkim məntəqələrində vakant yerlər var.
Həmçinin Buravar, Dostalı, Novruzallı, Mikayıllı, Dövlətəlibəyli, Abazallı, Sadatlı, Alaşar, Babaxanlı, Fərzili, Çünəxanlı və Mirzəli kənd tibb məntəqələrinə işçilər axtarılır.