Qəza nəticəsində “VAZ-2107”-in sürücüsü də daxil olmaqla sərnişinləri, 1970-ci il təvəllüdlü Şura İmanova, 1975-ci il təvəllüdlü Gülnarə Kərimova, 1978-ci il təvəllüdü Elçin Kərimov və 1995-ci il təvəllüdlü Gültəkin Şahbazova aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.
"Mitsubishi"-in sürücüsü Xudaş Rəhimov, oğlu - 1984-cü il təvəllüdlü Samir Rəhimov və nəvəsi - 2006-cı il təvəllüdlü Jalə Rəhimova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
14:36
***
Cəlilabadda ağır yol qəzasında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Bu haqda APA martın 12-də məlumat yayıb.
Məlumata görə, hadisə Sərhədabad kəndi ərazisində baş verib. "Mitsubishi" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Ölən şəxslər "VAZ-2107" minik avtomobilində olublar.
Qəza nəticəsində ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.