Cəlilabadda 27 yaşlı oğlan bıçaqlanıb. Bu barədə aprelin 13-də APA xəbər yayıb.
Şəhərin mərkəzi küçələrindən birində 1995-ci il təvəllüdlü Teymur Bayramova bıçaqla xəsarət yetirilib. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Hazırda hadisənin səbəbi və kim tərəfindən törədildiyi müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.