Cəlilabadda dumanlı havaya görə yol qəzası baş verib. İki nəfər xəsarət alıb. Bu barədə 12 yanvar tarixində Report məlumat yayıb.
İnsident Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. “DAF" və "Kamaz" markalı yük avtomobilləri toqquşublar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər həlak olub.