Cəlilabadda həmkəndlisinin evindən oğurluq edən şəxs saxlanılıb. Bu barədə martın 24-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə Türkelli kəndində qeydə alınıb. Evlərin birindən 1 290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini saxlanılıb. Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1 000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.