Cəlilabad şəhərində narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub. Bu barədə dekabrın 21-də Daxili İşlər Nazirliyi məlumat verib.
Belə ki, Cəlilabad sakini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi tanışına məxsus “VAZ-2105” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törədib. Nəticədə üç avtomobilə ciddi ziyan dəyib.
Tibbi müayinə zamanı onun narkotik vasitədən istifadə etdiyi müəyyən edilib. Həmin şəxs barəsində toplanan materiallar məhkəməyə göndərilib.
O, 30 gün müddətinə inzibati qaydada həbs olunub.
Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, 2021-ci ilin 9 ayı ərzində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü saxlanılıb.