Ötən gün, martın 31-də Cəlilabadda qadın qaynı tərəfindən qətlə yetirilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Belə ki, 49 yaşlı qadın qaynı, 46 yaşlı Mehdi Həsənov tərəfindən bıçaqla öldürülüb. Hadisə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanılıb. M.Həsənov şübhəli şəxs qismində tutulub.