Cəzaçəkmə müəssisəsindən azad olunan sosial adaptasiyaya ehtiyacı olan şəxsə birdəfəlik müavinət təyin oluna bilər. Bu barədə 26 oktyabr tarixində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov "Sosial saat" verilişində bildirib.
Sosial müavinət minimum əməkhaqqının 4 misli məbləğində ayrıla bilər: "Minimum əmək haqqı 250 manat olduğundan, şəxsə birdəfəlik 1000 manat məbləğində ödəniş edilir", - deyə Filialın direktoru bildirib.
Həmin şəxsin sosial adaptasiyaya ehtiyacı olub-olmadığı Fondun əməkdaşları tərəfindən müəyyən olunur.