Cəlilabadda Salyan rayon sakinləri narkotik vasitə ilə saxlanılıblar. Bu barədə 19 avqust tarixində APA DİN-ə istinadən xəbər verib.
Cəlilabad Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakinləri, əvvəllər məhkum olunmuş Ə.Dadaşov, qardaşı E.Dadaşov və H.Tağıyev sonuncunun idarə etdiyi "AzSamand" markalı avtomobildə saxlanılıblar.
Onlardan 300 qram marixuana və əlavə olaraq, metadon həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.