Cəlilabad rayonunda avtomobil qoyun sürüsünə çarpılıb, 20-dən çox heyvan tələf olub. Bu barədə 24 avqust tarixində Report məlumat verib.
Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili qoyun sürüsünə çarpılıb.
Nəticədə 20-dən çox xırdabuynuzlu heyvan tələf olub.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" columns="2" size="full" ids="126885,126886"]
[playlist type="video" tracklist="false" ids="126887"]