Cəlilabad rayonunda yol qəzası baş verib. Bu barədə 18 iyul tarixində Report məlumat verib.
Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobilinin motosikletə çarpılması nəticəsində iki nəfər rayon sakini xəsarət alıb.
Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.