Cəlilabad rayonunda avtomobilin vurduğu piyada komaya düşüb. Bu barədə Report 31 iyul tarixində xəbər verib.
Rayonun Cəfərli kəndi ərazisində yerli sakin, 38 yaşlı Mirayət Abıyevi avtomobil vurub.
O, ağır vəziyyətdə rayon xəstəxanasına aparılıb.
Xəstə hazırda koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub.
Faktla bağlı araşdırma aparılır.