Cəlilabadda iki avtomobil toqquşub. Bu barədə İnsanoid bu gün, 26 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Rayonun Cavadxan küçəsində "VAZ 2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Nəticədə rayon sakinləri - 36 yaşlı Fərrux Məmmədov və 22 yaşlı Vüsal Abdullayev xəsarət alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.