Çanaqqalada baş verən meşə yanğınları nəzarət altına alınıb. Bu barədə İnsanoid Türkiyə mediasına istinadən bu gün, 24 avqust tarixində məlumat verib.
Yanğının baş verdiyi 4 min hektardan çox əraziyə 3 min 775 nəfərlik şəxsi heyət, 10 təyyarə, 38 helikopter cəlb olunub.
Yanğından sonra Çanaqqala - Çan quru yolunun istifadəsi bərpa olunub.