Cənubi Koreyada anomal istilər səbəbindən artıq 17 nəfər həyatını itirib.
Bu barədə 31 iyul tarixində yerli “The Korea Times” gündəlik nəşri məlumat verib.
Ölənlərin əksəriyyəti yaşlı insanlardır.
Qeyd olunub ki, ümumilikdə 73 nəfər günvurma şikayəti ilə xəstəxanalara müraciət edib.