Cari ilin ilk 3 ayı ərzində 118,5 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib. Bu barədə 9 aprel tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, onlardan 8,4 mini pensiya, 110,1 mini müavinət və təqaüd təyinatları olub.
Qeyd edək ki, pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı 2019-cu ildən elektronlaşdırılıb. Cari ilin aprelin 1-dək ümumilikdə 387,6 min təyinat e-qaydada həyata keçirilib.