2021-ci ilin ilk 10 ayında 1317 investisiya layihəsinin maliyyələşdirilməsinə 73,8 milyon manat güzəştli kredit verilib. Bu barədə Sahibkarlığın İnkişafı Fondunun rəsmi Twitter səhifəsində məlumat verilib.
Verilmiş kreditlər hesabına 2228 yeni iş yerinin yaradılması nəzərdə tutulub.