2021-ci ilin ilk 11 ayı ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə 5,43 milyard manat pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı ödənilib. Bu barədə 25 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat dərc edilib.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% və ya 167 milyon manat çoxdur.