2021-ci ilin 9 ayı ərzində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü saxlanılıb. Bu barədə dekabrın 16-da Baş Dövlət Yol Polis İdarəsi məlumat verib.
Məlumata əsasən, yalnız son bir ayda 150-ə yaxın narkotiklərin təsiri altında olan sürücü aşkarlanıb.