Xarici işlər naziri Ceyhun Bayramov 11 yanvar 2022-ci il tarixində baş tutacaq Türk Dövlətləri Təşkilatının növbədənkənar görüşündə iştirak edəcək. Bu barədə 7 yanvar tarixində Report Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Qeyd edək ki, Türkiyənin təşəbbüsü ilə baş tutacaq görüş videokonfrans formatında təşkil olunacaq.