Amerikalı videobloger Ceyk Pol və əfsanəvi boksçu Mayk Tayson arasında döyüş keçirilib.
Insanoid.com xəbər verir ki, döyüş açıqlandığı vaxtdan daha gec başlayıb.
58 yaşlı Tayson 8 raundda ayaq üstündə qalmağı bacarsa da, qarşılaşma Ceyk Polun qələbəsi ilə başa çatıb - 79:73.
Qeyd edək ki, Tayson çəki mərasimində daha ağır gəlib. Onun çəkisi 103.41 kq, rəqibinin çəkisi isə 102.96 kq təşkil edib.