Ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə dekabrın 25-də Daxili İşlər Nazirliyi məlumat yayıb.
Axtarışda olduğuna görə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər tutulub. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilib.