Ötən gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə martın 12-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Axtarışda olan 71 nəfər, cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.