Çinin Hunan əyalətində bu gün səhər faciə baş verib. Belə ki, yolsuzluq avtomobili idarəetməni itirərək məktəbin qarşısında dərs saatını gözləyən şagirdlərə çırpılıb.
İnsanoid.com xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində ibtidai sinif şagirdləri müxtəlif dərəcəli xəsarətlər alıblar.
Məlumata görə, hadisə nəticəsində ölən olmayıb.
Ərazidə olan valideynlər məktəbin mühafizəçiləri ilə birlikdə sürücünü saxlayaraq polisə təhvil veriblər. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.