Şamaxı şəhərindəki Abqora restoranının ərazisində “CinemaPlus” və “Meysəri” şərablarının birgə layihəsi çərçivəsində “Open Air Cinema” fəaliyyət göstərir. Bu barədə İnsanoid bu gün, 24 iyul tarixində xəbər verir.
Hər həftənin sonu 5, 6 və 7-ci günlər və bayram günlərində qonaqlar açıq havada yeni filmləri izləyə bilərlər.
Film və seanslar haqqında məlumatı “CinemaPlus” kinoteatrlar şəbəkəsinin saytı və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.
Ətraflı məlumat üçün +994 55 756 66 55 nömrəsi ilə əlaqə saxlayın.