Bugündən mehmanxanalara, iri ticarət və ictimai iaşə müəssisələrinə koronavirusa qarşı peyvəndin ən azı birinci dozasını vurduran insanlar buraxılacaq. Bu barədə prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.
Sentyabrın 1-dən ali və orta-ixtisas təhsil müəssisələrində yaşı 18-dən yuxarı olan tələbələrin COVID-19 pasportunun olmasına dair tələb də qüvvəyə minib.
Eyni zamanda 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan toylarda qonaqların COVID-19 pasportu və ya immunitet sənədi olmalıdır.
Bərbərxanalarda, gözəllik salonlarında və ictimai nəqliyyatda peyvənd pasportu tələb olunmur.
Oktyabrın 1-dən etibarən yalnız peyvəndin hər iki dozasını qəbul etmiş şəxslər iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə daxil ola biləcəklər.