“Əks göstəriş sertifikatı”nı yalnız aşağıdakı şəxslər əldə edə bilərlər:
İmmunitet sertifikatını əldə etmək istəyən şəxslər ilk növbədə poliklinikaya, öz sahə həkiminə müraciət etməlidir. Müraciət edən şəxsin ambulator kartında xəstəlik təsdiq edilsə, həmin xəstələr qeydə alınaraq terapevtik xəstəxanaya göndərilir.
Mütəxəssislər bildirib ki, diabet, onkoloji, hemodializ xəstələri, həmçinin uroloji və bronxial xəstəlikləri olan şəxslərə “əks göstəriş sertifikatı” verilməyəcək. Sözügedən xəstəlikləri olanlara müalicə təyin olunur və onların səhhətləri yaxşılaşdıqdan sonra peyvənd olunmalarına icazə verilir.