Yanvarın 5-də respublika ərazisində 4 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin şəxslər tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Yaşayış yerini tərk edən 1 nəfər barəsində isə “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb.