Ötən gün ictimai yerlərdə 5 aktiv koronavirus xəstəsi aşkarlanaraq saxlanılıb. Bu barədə dekabrın 29-da Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmin şəxslər COVID-19-a yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadıqları ünvanı tərk edib. Onlar tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarılıb. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Yaşayış yerini tərk edən 2 nəfər barəsində isə “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb.