Baş Prokurorluqda təyinatlar olub. Bu barədə Report 21 avqust tarixində xəbər verib.
Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Afət Kərimli Culfa rayon prokuroru, Kənan Seyidov isə ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edilib.
A.Kərimli bu təyinatadək Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.