Türkiyəli məşhur aşpaz CZN Burak (Burak Özdemir) atası tərəfindən dələduzluğa məruz qaldığını iddia edir. Bu barədə İnsanoid Yeni Şafak redaksiyasına istinadən bu gün, 19 iyul tarixində xəbər verir.
Atası tərəfindən ad haqlarının satıldığını öyrənən CZN Burak məhkəməyə üz tutub.
Çağlayan Ədliyyəsində baş tutacaq ilk iclas sentyabr ayına təyin olunub. Qarajındakı avtomobilləri satan aşpaz sentyabr ayında yeni məkan açacağını qeyd edib.
Burak öz ad və fotosunun məkanlardan çıxarılmasını tələb edir.
O, instaqramda bildirib ki, İstanbulda” Vadi İstanbul”dan başqa bir restoranı yoxdur: “Xahiş edirəm, adımdan, şəklimdən istifadə edən oğrulara etibar etməyin”.
Burak Özdemir yaxın günlərdə ətraflı açıqlama verəcəyini deyib.