Dövlət İmtahan Mərkəzi ilə “YAŞAT” Fondu arasında memorandum imzalanıb. Bu haqda noyabrın 4-də Məleykə Abbaszadə bildirib.
Memorandum 10 bənddən ibarətdir. Müqavilə şəhid ailə üzvlərinin və müharibə əlillərinin təhsil və gələcək karyeralarıının qurulmasına yardım edəcək. Onlar üçün tədbirlərin hazırlanması və keçirilməsi məqsədilə mütəxəssislərin cəlb olunmasına köməklik göstəriləcək. Həmçinin məktəbli və tələbə olan şəhid övladlarının və qazilərin məşğulluğu artırılacaq.