Ümumi orta təhsil bazasında kolleclərə ixtisas seçimi başlayıb. Bu barədə Dövlət İmtahan Mərkəzi avqustun 27-də məlumat yayıb.
İxtisas seçimi avqustun 27-dən sentyabrın 7-dək internet vasitəsilə həyata keçirilir.
2021/2022-ci tədris ili üçün kolleclərə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
İxtisas seçimi ilə bağlı ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.